close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Xəbərlər

Mədəni fəal Cəfər İsmayılzadə iki il həbsə məhkum edilib

Aprel 21, 2023
1 dəqiqədə oxunur
Mədəni fəal Cəfər İsmayılzadə iki il həbsə məhkum edilib

Azərbaycanlı mədəni fəal və idmançı Cəfər İsmayılzadə, Təbrizin Ümumi və İnqilab Məhkəməsinin 2-ci bölməsinin verdiyi qərara əsasən iki il şərti həbs cəzasına məhkum edilib.

Ötən günlərdə Cəfər İsmayılzadə elektron bildiriş vasitəsilə məhkəməyə çağırılıb. 19 aprel 2023-cü il çərşənbə günü cənab İsmayılzadə məhkəməyə çıxdı və Təbriz İnqilab Prokurorluğunun 2-ci şöbəsi onu 2 il şərti həbs cəzasına məhkum etdi.

Cəfər İsmailzadə sonuncu dəfə 2023-cü il iyunun 7-də İnqilab Keşikçiləri kəşfiyyatçıları tərəfindən Təbrizdəki evinin qarşısında həbs edilib. Bu azərbaycanlı fəal həbs olunduqdan sonra 9 gün Təbriz kəşfiyyatının təcridxanasında saxlanılaraq 24 saat kəşfiyyat Baş İdarəsinə aparılaraq işgəncələrə məruz qalıb və nəhayət, 10 gündən sonra Təbriz həbsxanasına köçürülüb.

Cənab İsmayılzadə 2020-ci ilin iyun ayında oğlu Milad ilə birlikdə Təbrizin İnqilab Məhkəməsinin qərarı ilə “hökumətə qarşı təbliğat”da ittiham olunaraq 6 ay həbs cəzasına məhkum edilib və Təbriz zindanına salınmışdılar.

Cəfər İsmayılzadə kikboksinq üzrə federasiyanın hakimi və rəsmi məşqçisi, oğlu Atila (Milad) isə bu idman növü üzrə ölkə və beynəlxalq çempiondur.

Şərhlər

Xəbərlər

Ümumi etirazlarda məhbusları müdafiə etdiyinə görə Təbrizli vəkil məhkum edilib

Aprel 20, 2023
1 dəqiqədə oxunur
Ümumi etirazlarda məhbusları müdafiə etdiyinə görə Təbrizli vəkil məhkum edilib