close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Xəbərlər

İranlı müğənni Mehdi Yarahi İctimai rəyi çaşdırmaq və rejim əleyhinə təbliğat aparmaqda günahlandırılıb

Sentyabr 12, 2023
1 dəqiqədə oxunur
İslam Respublikası məhkəmə hakimiyyətinin sözçüsü həftəlik mətbuat konfransında bildirib ki, həbsdə olan etirazçı müğənni “Mehdi Yarahi”nin ittihamı, “İctimai rəyi çaşdırmaq, rejimə qarşı təbliğat aparmaq və ictimai iffətə qarşı filmlər çəkmək və nəşr etmək”dir.

Ədliyyənin sözçüsü Məsud Sitayişi bu gün 12 sentyabr çərşənbə axşamı jurnalistlərin iştirakı ilə cənab Yarahinin işi ilə bağlı əlavə edib ki, “müttəhimə izahat verildikdən və ilkin istintaq aparıldıqdan sonra çağırış vərəqəsi çıxarılaraq, ittiham aktı daxil edilməklə iş səlahiyyətli məhkəməyə göndərilib”.

Dəfələrlə “qadın, həyat, Azadlıq” etirazlarına dəstək verən müğənni Mehdi Yarahi bu il avqustun 28-də və “baş örtünü çıxar” mahnısının yayımlanmasından cəmi bir neçə gün sonra Tehran prokuroru əmri ilə həbs edilib.

Şənbə günü səhər saatlarında, sentyabr ayının 9-da Mehdi Yerahinin vəkili Mustafa Nili müvəkkili üçün ittiham aktının verildiyini açıqlayıb. Nili X sosial şəbəkəsindəki mesajında yazıb ki, Mehdi Yerahi işini öyrənmək üçün Prokurorluğunun irşad şöbəsinə müraciət etdikdən sonra,  İttiham aktının çıxarıldığını və işin İnqilab Məhkəməsinə göndərildiyini elan etdilər.

Bir twitində cənab Nili həbsxanada cənab Yarahi ilə görüşünü açıqlayarkən yazdı: “Həbs edildikdən sonra onlar iki gün təhlükəsizlik polisinin təcridxanasında saxlanılıb və ötən çərşənbə günündən etibarən Evin həbsxanasına karantinə aparılıblar”.

O əlavə edib ki, “Bizim söhbətdə onun əhval-ruhiyyəsi çox yaxşı idi. Fiziki olaraq dərisi iltihablıdır və sağ qulağında ağrılar var, bu ağrılar Evin Xəstəxanasında müalicə olunur”.

Mehdi Yarahinin həbsi Məhsa Əmininin ölümünün ildönümü və ümumi etirazların başlaması ərəfəsində baş verib. Cənab Yarahi həbs olunmazdan öncə “qadın, həyat, azadlıq” hərəkatına dəstək olaraq “Rosrito” adlı mahnı buraxıb və bu mahnı İrandaki muxatiblər tərəfindən rəğbətlə qarşılanıb. Bu iranlı müğənninin həbsi daxili və xarici etiraz dalğası gətirdi.

Şərhlər

Xəbərlər

Kəşfiyyat İdarəsi telefon zəngi ilə Türk mədəni fəalları hədələyir

Sentyabr 12, 2023
1 dəqiqədə oxunur
Kəşfiyyat İdarəsi telefon zəngi ilə Türk mədəni fəalları hədələyir