close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Xəbərlər

Əliriza Fərşi Tehran Baharistan şəhərinin birinci istintaq şöbəsinə çağırılıb

Fevral 6, 2024
1 dəqiqədə oxunur
Əliriza Fərşi Tehran Baharistan şəhərinin birinci istintaq şöbəsinə çağırılıb

Ana dili fəalı və Keçmiş siyasi məhbus Əliriza Fərşi 5 fevral 2024-də Baharistan şəhərinin Ümumi və İnqilab Prokurorluğunun 2-ci istintaq şöbəsinə çağırılıb və 5 gün ərzində qeyd olunan idarəyə getməsi istənilib.

Bu Türk mədəni fəalın ittihamı “İran İslam Respublikası rejiminə qarşı təbliğat”dır və göndərilən bildirişdə cənab Fərşinin yanında etibarlı sənəd götürməsi istənilib.

Əliriza Fərşi İnstaqram səhifəsində işin Doğu Azərbaycan əyalətinin Mərənd şəhərinin sakini olduğu halda Tehran əyalətinin Baharistan şəhərində açıldığını bildirib.

Əliriza Fərşi dörd illik cəzasının üç il üç ayını keçirdikdən sonra 8 fevral 2023-də çərşənbə günü Evin zindanından azad edildi.

Xatırlatmalıyıq ki 26 dekabr 2019-cu il tarixdə, Tehran Apellyasiya Məhkəməsinin 54 saylı şöbəsi, hakim Babaeyin sədrliyi ilə Əliriza Fərşi və başqa üç Azərbaycanlı mədəni fəala, 2013-cü ildə Baharistanda keçirilən Beynəlxalq Ana Dili Günündə iştirak etdiyinə görə ümumilikdə 8 il həbs və səkkiz il sürgün cəzasına məhkum etmişdi.

Əliriza Fərşi Şərif Texnologiya Universitetində kompüter mühəndisliyi üzrə magistr dərəcəsi, Sirac Universitetində vəzifədən azad edilmiş müəllim və Culfa Beynəlxalq Universitetinin keçmiş müəllimidir. Əliriza Fərşı, İranda yaşayan etnik qrupların dil hüquqları tələbi sahəsində ən tanınmış mədəni fəallardan biridir. Türkdilli bölgələrdə məhrum kəndlərdə Azərbaycan türkcəsində kitabxana yaradılması, ana dili təhsili üçün təşviqat aparmaq və Beynəlxalq Ana Dili Gününü qeyd etmək də daxil olmaqla mədəni fəaliyyətlərinə görə bir neçə dəfə tutulmuşdur. Bu siyasi məhbusun atası səkkiz illik İran-İraq savaşının şəhidlərindən biridir.

Şərhlər

Xəbərlər

Sanksiyalardan yan keçmək üçün İslam Respublikası iki Britaniya maliyyə şirkətindən istifadə edib

Fevral 5, 2024
1 dəqiqədə oxunur
Sanksiyalardan yan keçmək üçün İslam Respublikası iki Britaniya maliyyə şirkətindən istifadə edib