close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Xəbərlər

İsveç xarici işlər nazirinin Əmir Əbdullahiyana İranın hərəkətləri ilə bağlı xəbərdarlığı

Fevral 16, 2024
1 dəqiqədə oxunur
İsveç xarici işlər nazirinin Əmir Əbdullahiyana İranın hərəkətləri ilə bağlı xəbərdarlığı

İsveç xəbər agentliklərinin verdiyi məlumata görə, İsveçin xarici işlər naziri Tobias Billström İranın bu ölkənin yəhudilərinə hücum cəhdi ilə bağlı xəbərlərin dərcindən sonra İranın İsveçdəki hərəkətlərini “çox mənfi” adlandırıb və etirazını Əmir Əbdullahiyana çatdırıb.

Cənab Billström cümə axşamı, fevralın 15-də mediaya deyib: “Mən bu məsələni iranlı həmkarıma izah etdim ki, biz bu məsələyə necə baxırıq və təbii ki, bu məsələ ölkələrimiz arasındakı münasibətlərə necə təsir edir”.

O, daha sonra dedi: “İran agentlərinin bizim torpaqlarımızda yəhudi əsilli İsveç vətəndaşlarını öldürməyi planlaşdırması bizim üçün çox ciddidir”. Bu isveçli məmur bu məsələnin "Avropa İttifaqının ümumi narahatçılığı" olduğunu bildirib və bu məsələni Avropa İttifaqındakı həmkarları ilə müzakirə edəcəyini açıqlayıb.

Ötən həftə, fevralın 6-da İsveç Radiosu bir neçə il əvvəl iranlı bir cütlüyün saxta əfqan şəxsiyyətləri ilə İsveçə sığınacaq axtaran şəxs kimi gəldiyini və görünürdə, bir sıra isveçli yəhudiləri öldürməyi planlaşdırdığını bildirib. "Mehdi Rəməzani" və "Firiştə Sanei Fərid" adlı bu iki şəxs "İİKK ilə əməkdaşlıq etdiklərini və üç yəhudini öldürməyi planlaşdırdıqlarını" ifşa etdikdən sonra İsveçdən qovularaq İrana qaytarılıblar.

İsveç məhkəməsinin prokurorlarının 1367-ci ilin yayında siyasi məhbusların qətliamında iştirak etmək ittihamı ilə Gohərdəşt həbsxanasının keçmiş prokuror köməkçisi Həmid Nurini ömürlük həbsə məhkum etməsindən sonra İran və İsveç arasında münasibətlər gərginləşib.

از بخش پاسخگویی دیدن کنید

در این بخش ایران وایر می‌توانید با مسوولان تماس بگیرید و کارزار خود را برای مشکلات مختلف راه‌اندازی کنید

صفحه پاسخگویی

Şərhlər

Xəbərlər

“Ekbatan” işi üzrə daha bir təqsirləndirilən şəxs qirov qarşılığında sərbəst buraxılıb

Fevral 15, 2024
1 dəqiqədə oxunur
“Ekbatan” işi üzrə daha bir təqsirləndirilən şəxs qirov qarşılığında sərbəst buraxılıb