close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Xəbərlər

Reuters: İran İsrailə hücumun dolayı və təmkinli olacağını Amerikaya söz verib

Aprel 12, 2024
1 dəqiqədə oxunur
Reuters: İran İsrailə hücumun dolayı və təmkinli olacağını Amerikaya söz verib

Cümə axşamı, aprelin 11-də Reuters xəbər agentliyi hökumətə yaxın adlarını açıqlanmayan iranlı mənbələrə istinadən yazıb ki, İslam Respublikası ABŞ-a yeni mesajında Tehranın İsrailin Dəməşqdəki konsulluğuna hücumuna bölgədə gərginliyi artırmayacaq şəkildə cavab verəcəyini bildirib.

Reuters-in məlumatına görə, bu mesajda Amerika əmin edilib ki, İslam Respublikası Qəzzada atəşkəs əldə olunmasını istədiyi üçün tələsik hərəkət etməyəcək.

Reuters öz mənbələrinə istinadən bildirib ki, bu mesajı bazar günü Omana səfəri zamanı İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmirabdollahian verib. Son illərdə Muskat Tehran və Vaşinqton arasında vasitəçi kimi çıxış edib.

Adı açıqlanmayan Amerika kəşfiyyatı mənbəsi Reuters-ə müsahibəsində İslam Respublikasının Amerikaya mesajı ilə bağlı məlumatsızlığını dilə gətirib, lakin belə deyib: İran açıq şəkildə təsdiqləyib ki, onun reaksiyası nəzarət altında olacaq və regionda gərginliyin və münaqişənin artmasına səbəb olmayacaq.

O, əlavə edib ki, İslam Respublikası birbaşa İsrailə hücum etmək əvəzinə, bölgədəki vəkillərindən istifadə edərək bu ölkəyə bir sıra hücumlar həyata keçirəcək.

İslam Respublikasının bölgədəki ən önəmli və ən güclü vəkil qrupu olan Livan Hizbullahının baş katibi Həsən Nəsrullah bir müddət öncə Tehranın bu dəfə İsrailə cavabının “birbaşa” olacağını vurğulamışdı.

Bununla belə, Ağ Ev rəsmiləri İslam Respublikasının mesajına rəsmi reaksiya verməyib.

از بخش پاسخگویی دیدن کنید

در این بخش ایران وایر می‌توانید با مسوولان تماس بگیرید و کارزار خود را برای مشکلات مختلف راه‌اندازی کنید

صفحه پاسخگویی

Şərhlər

Xəbərlər

Pakistan İnqilab Keşikçilərinə bağlı Zeynəbiyun qruplaşmasını “terrorçu qrup” adlandırıb

Aprel 11, 2024
1 dəqiqədə oxunur
Pakistan İnqilab Keşikçilərinə bağlı Zeynəbiyun qruplaşmasını “terrorçu qrup” adlandırıb