close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Qadınlar

Qadın hüquqları müdafiəçisi Səfiyə Qarabaği Zəncanda həbs edilib

Oktyabr 1, 2022
1 dəqiqədə oxunur
Qadın hüquqları müdafiəçisi Səfiyə Qarabaği Zəncanda həbs edilib

Zəncan Kəşfiyyat İdarəsinin əməkdaşları “Məhsa Əmini”nin öldürülməsi və ümummi etirazların başlamasından sonra, bu gün Jurnalist və qadın hüquqları müdafiəçisi Səfiyə Qarabağini iş yerində həbs ediblər.

Səfiyə Qarabağinin həyat yoldaşı “Ruzbeh Səadati” öz Tvwtter səhifəsində həyat yoldaşının həbs olunduğunu elan edərək yazıb ki, bu gün, 1 oktyabrda Zəncan Kəşfiyyat İdarəsinin əməkdaşları Xanım Qarabağini iş yerində tutaraq, naməlum bir yerə köçürüblər.

Son günlər və İranda ümummi etirazların başlaması ilə Səfiyə Qarabaği İnstaqram səhifəsində Zəncanda təhlükəsizlik orqanlarının vətəndaşların həbs dalğasına etiraz edərək, təhlükəsizlik orqanlarının etirazçılarla qarşı rəftarını tənqid etmişdi. O, öncələr qadınlarla bağlı fəaliyyətinə və İranda yaşayan etnik qrupların hüquqlarını müdafiə etdiyinə görə dəfələrlə təhlükəsizlik və məhkəmə orqanlarına çağırılıb. Səfiyə Qarabaği tələbə fəal və keçmiş siyasi məhbus Pərisa Rəfiinin xalasıdır.

21 Sentyabr 2022-ci il çərşənbə günü Zəncanda onlarla insanın həbs olunduğu və ən azı bir nəfərin öldürüldüyü küçə etirazlarından sonra təhlükəsizlik orqanları bu şəhərdə yeni həbs dalğasına başlayıb. Fars Xəbər Agentliyi etirazlardan sonrakı günlərdə iki xəbər dərc edərək altı nəfərin həbs olunduğunu təsdiqləyib.

Bu gün Zəncan Universitetinin tələbələri İranın başqa bölgələrindəki bəzi universitetlərlə birlikdə bu universitetdə etiraz aksiyası təşkil ediblər.

از بخش پاسخگویی دیدن کنید

در این بخش ایران وایر می‌توانید با مسوولان تماس بگیرید و کارزار خود را برای مشکلات مختلف راه‌اندازی کنید

صفحه پاسخگویی

Şərhlər

Xəbərlər

Amerika İran neft məhsullarının satışı ilə bağlı 10 şirkətə sanksiya tətbiq edib

Sentyabr 30, 2022
1 dəqiqədə oxunur
Amerika İran neft məhsullarının satışı ilə bağlı 10 şirkətə sanksiya tətbiq edib