Azərbaycanlı vəkil Məhəmməd Riza Fəqihi Məhkəmənin elektron sistemi vasitəsi ilə aldığı bildirişə əsasən, oktyabrın 10-da İnqilab Məhkəməsinin 15-ci şöbəsində irəli sürülən ittihamlara qarşı son müdafiə çıxışını etməlidi.
Hüquqşünas, Azərbaycan İnsan Hüquqları Təşkilatının müavini Sina Yusifi X platformasında (Twitter) yazıb: "Məhəmməd Riza Fəqihi toplaşmaq, əlbir olmaq və ictimai asayişi pozmaq ittihamı ilə Tehran İnqilab Məhkəməsinin 15-ci şöbəsinə çağırılıb. O, ötən il oktyabrın 12-də Vəkillər Birliyi binası qarşısında keçirilən mitinqdən sonra həbs edilib və əfv çıxmasına baxmayaraq peşmanlıq vərəqəsini imzalamaqdan imtina etmişdi. Tehran İnqilab Məhkəməsinin 15-ci şöbəsi onu 10 oktyabrda orada olması üçün çağırıb”.
Xatırlatmalıyıq ki 14 Avqust 2021-də də, Cənab Fəqihi, Vətəndaş Hüquqlarının Müdafiəsi Dərnəyin ofisində keçirilən görüşdə Araş Keyxosrəvi, Mustafa Nili, Mehdi Məhmudiyan, Məhəmməd Hadi Erfaniyan Kaseb, Maryam Əfrafraz və Leyla Heydəri ilə birlikdə tutulmuşdu.
Əslən Ərdəbil əyalətinin Hir şəhərindən və Tehran sakini olan Məhəmməd Riza Fəqihi müxtəlif dövrlərdə Əkbər Azad, Abbas Lisani, Lətif Həsəni, Əliriza Fərşi, Siyamək Mirzayi, Ayət (Yürüş) Mehr Əli Bəyli, Behnam Şeyxi və bir sıra başqa fəallın vəkili olub.
Şərhlər