close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Saytları dəyişdirin
Məhbuslar

İbrahim Asimani Təbziz Mərkəzi Həbsxanasından sərbəst buraxılıb

İyul 28, 2022
1 dəqiqədə oxunur
İbrahim Asimani Təbziz Mərkəzi Həbsxanasından sərbəst buraxılıb

Azərbaycanlı mədəni fəal İbrahim Asimani “Azəroğlu” məhkəməyə qədər 100 milyon tümən girov qarşılığında dünən, 27 İyul 2022-ci ildə Təbriz Mərkəzi Həbsxanasından sərbəst buraxılıb.

Cənab Asimani İyulun 15-da Urmu gölünün acınacaqlı durumu və hökümətin bu faciəyə diqqətsizliyindən ötürü başveren etiraz aksiyasındaTəbrizdə həbs edilmişdi.

Cənab Asimani 21 iyul 2022-ci il tarixli açıq məktubda 22 iyul cümə günündən aclıq aksiyasına başlayacağını bildirmişdi.

O bildirmişdir: “Məni kəşfiyyatçılar 2022-ci il iyulun 15-də günahsız yerə bazarda həbs etdilər. Əgər məmur savadsızdırsa, ən azı müstəntiqi savadlı olmalıdır, savadlı və ziyalı deyilsə, niyə o, müstəntiq o postun sahibidir? Mən günahsızam və bir neçə gündür ki, həbsdəyəm, onlara dedim ki, günahsızam, üzr istəsinlər, vəziyyətim həll olunmasa, bir gündən sonra aclıq aksiyasına başlayacağam”.

Mütəxəssislərin fikrincə, Urmiyə gölünün quruması ilə bu bölgənin əhalisinə toz və tufan şəklində 10 milyard tondan çox duz düşəcək və bu böhran təkcə Batı Azərbaycana deyil, bir çox bölgələrə də təsir edəcək.

Ölkənin quzey və batı bölgəsi, özəlliklə Batı və Doğu Azərbaycan əyalətləri əhalisinin güzəranı və məişəti birbaşa Urmiyə gölünün kritik şəraitinin yaxşılaşdırılması ilə bağlıdır.

Şərhlər

Xəbərlər

İran sanksiyalara baxmayaraq, neft gəlirlərinin yüzdə 55 artdığını deyir

İyul 27, 2022
1 dəqiqədə oxunur
İran sanksiyalara baxmayaraq, neft gəlirlərinin yüzdə 55 artdığını deyir